Sumqayıtda “Azer Türk Bank”ın filialı açılıb. Sumqayıt24 bu haqda 24 aprel tarixində xəbər verir.
“Sumqayıt KOB ofisi və Rəqəmsal filialı”nda fiziki şəxslərə müxtəlif növ kreditlər, KOB kreditləri, ödəniş kartlarının əldə edilməsi, depozit yerləşdirilməsi kimi bank xidmətləri mövcuddur.
Burada təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-lərlə 7/24 pul nağdlaşdıra və ya mədaxil edə bilərsiniz.
Bank filialı Heydər Əliyev prospekti, 208C ünvanında yerləşir.