Sumqayıt Kimya Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına (ABŞ) məhsul ixracına start verib. Bu haqda 30 mart tarixində Sumqayıt24 İqtisadiyyat.az-a istinadən məlumat verir.
“Azerfloat” QSC şirkəti ilk dəfə olaraq ABŞ-yə şüşə vərəqələrin ixracını həyata keçirib. İlkin mərhələdə 69 tondan artıq məhsul göndərilib.
QSC Almaniya texnologiyası əsasında şüşə vərəqələrin istehsalını həyata keçirir. Şirkət "Made in Azerbaijan" brendi altında Türkiyə, İrlandiya, Mərakeş, Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məhsullar ixrac edib.