Azyaşlı övladını dənizdə boğaraq öldürməkdə şübhəli bilinən Yeşil Ahmet Turan barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda 3 aprel tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Sumqayıt şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Yeşil Ahmet Turanın barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə martın 31-də H.Z. Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində baş verib.