Sumqayıtda azyaşlı uşaq bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda bu gün, 17 mart tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata əsasən, uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına FHN-nin xilasetmə qüvvələri cəlb edilib. Onlar nəzarətsiz qalmış azyaşlını xilas ediblər.