Bakı-Quba ödənişli yolunda yük maşını qəzaya uğrayıb. Bu haqda 6 mart tarixində Sumqayıt24 Unikal.az-a istinadən məlumat verir.
Hadisə yolun Yaşma bağları ərazisindən keçən hissəsində baş verib. Dağıstana məxsus yüklü TİR maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə dəmir maneənin bir hissəsi də zədələnib.