Bakı–Sumqayıt avtomobil yolunun yaxınlığında yanğın baş verib. Bu haqda 16 mart tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Yanğın avtomobil yolunun 3-cü kilometrində, açıq ərazidəki quru otluq sahədə qeydə alınıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.