Bakı–Sumqayıt avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 11 mart tarixində Sumqayıt24 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.
Hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb. “Toyota Prius” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.