Bakı–Sumqayıt avtomobil yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. Bu haqda 11 mart tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Avtomobillərin toqquşması nəticəsində 30 yaşlı Səmral Cəfərov xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı S. Cəfərova bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırılır.