Sumqayıtda uşaqlar müəllimlərinə duyğusal anlar yaşadıblar. Sumqayıt24 bu haqda 25 dekabr tarixində xəbər verir.
23 nömrəli məktəbin xanım müəlliminin toy məclisi olub. Onun şagirdləri, 3k sinfində oxuyan balacalar məclisə gəliblər. Uşaqların hər biri əlində qızıl güllə müəllimə yaxınlaşaraq onu təbrik ediblər. Bunu görən müəllim emosiyalarını cilovlaya bilməyib.