Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçiriləcək. Bu haqda 15 aprel tarixində Sumqayıt24 xəbər verir.
Tədbir aprelin 16-da Baş Prokurorluq tərəfindən təşkil olunacaq. Konfransda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edəcəklər.
Burada dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq. Toplantı çərçivəsində Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.