Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölmə qeydiyyatında olan ahıllara bayram sovqatları paylanılıb. Bu haqda 10 aprel tarixində Sumqayıt24 QAC-yə istinadən məlumat verir.
SOCAR Polymer MMC-nin rəhbərliyi Ramazan bayramı münasibətilə 100 ahıl ailəyə ərzaq bağlamaları təqdim edib. MMC-nin işçisi və bölmə əməkdaşları yataq xəstələrinin sovqatlarını evlərinə çatdırıblar.
Bayram sovqatları alan ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat nümayəndələrinə öz minnətdarlıqlarını bildirərək, xeyir-dua veriblər.