Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyada “Bir Gələcək” təşəbbüsü çərçivəsində görüş keçirilib. Bu haqda 11 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən yığıncağın məqsədi şagirdləri gələcək ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirmək, dövlət və özəl sektorda çalışan, peşəkar həyatda uğur qazanan şəxslərlə şagirdlərin görüşünü təşkil edərək fərdi inkişafa dəstək olmaqdır.
Dövlət Məşğulluq Agentliyinin aparıcı mütəxəssisi Arzu Nəbizadə çıxışında auditoriyaya təhsil aldığı illərdə qazandığı bilik və bacarıqlar barəsində danışıb. Sonda məktəb şagirdlərinə sertifikat təqdim olunub.