Sumqayıtda bir gündə şəhərin müxtəlif ərazilərində dəm qazından zəhərlənmə faktları qeydə alınıb. Bu haqda 11 mart tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
“Betonzavod” adlanan ərazidə fərdi evdə yaşayan Sumqayıt şəhər sakinləri – 21 yaşlı Fərqanə Mehdiyeva, 19 yaşlı Əfsanə Mehdiyeva və 21 yaşlı Fidan Abdullayeva, eləcə də şəhərin 4-cü mikrorayonunda yaşayan 68 yaşlı Nigar Cəfərova və 19 yaşlı Nərmin Astanova dəm qazından boğulublar.
Onlar dərhal Təcili Yardım Xəstəxanasına yerləşdiriliblər.