Sumqayıt şəhəri, 5-ci mikrorayonda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 6 mart tarixində Sumqayıt24 xəbər verir.
Hadisə ötən gün axşam radələrində “Roshel” kosmetika mağazasının qarşısında qeydə alınıb. “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi köşkə çarpılıb.
Qəza zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.