May ayının 1-dən etibarən balıq ovuna moratorium qüvvəyə minir. Bu haqda 26 aprel tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Balıqların kürütökmə dövrü ilə əlaqədar ölkədə bütün su hövzələrində, o cümlədən Xəzər dənizinin Sumqayıt akvatoriyasında balıq ovu qadağan olunacaq.
Proses sentyabrın 1-dək davam edəcək.
Qaydalara əməl etməyən fiziki və hüquqi şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.