Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni “ekspres” qatar xəttə buraxılacaq. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Gələn ildən etibarən fəaliyyət göstərəcək qatar 5 vaqondan ibarət olacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib: “Bu il artıq 5 vaqondan ibarət qatar xəttə buraxılıb. Sonra da həmin qatarda vaqonların sayını 7-yə qaldırdıq. İlin sonuna qədər daha bir vaqon əlavə edib bu rəqəmi 8 vaqona çatdıracağıq”.