Sumqayıt bulvarında 1101 zeytun ağacı əkilib. Sumqayıt24 bu haqda 29 aprel tarixində xəbər verir.
Ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş aksiya İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzi tərəfindən keçirilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyada icra başçısı Zakir Fərəcov, STM-in rəhbərliyi və kollektivi iştirak ediblər.