Sumqayıtda ferma uçub. Bu haqda 4 mart tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə Ceyranbatan bağları adlanan yaşayış massivində qeydə alınıb. Tövlənin uçması nəticəsində 16 baş iribuynuzlu heyvan dağıntı altında qalıb.
Ferma sahibi Yadigar Abbasov bildirib ki, tələf olan heyvanların 12-si iribuynuzlu, 4-ü isə buzovdur.
Hadisə beton plitənin uçması nəticəsində qeydə alınıb.