Sumqayıtda tullantı suların təmizlənmədən açıq su hövzələrinə axıdılması faktı aşkarlanıb. Bu haqda 8 aprel tarixində Sumqayıt24 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Araşdırma zamanı Tuğ-zаvоd ərazisində fəaliyyət göstərən “Seyfulla-Kövsər” MMC-yə məxsus dəri emalı müəssisəsindən, sözügedən əraziyə yaxın sahədə fəaliyyət göstərən avtoyuma məntəqəsindən tullantı suların təmizlənmədən su hövzələrinə axıdıldığı məlum olub.
Faktla bağlı MMC-nin məsul nümayəndəsi Qəhrəman Pirəliyev və avtoyuma məntəqəsinin sahibi Allahyar Rüstəmov barəsində akt, protokol tərtib edilib.