Sumqayıtda yarımtikilidə kişi meyiti tapılıb. Bu haqda 2 aprel tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə Corat bağları yaşayış massivində qeydə alınıb. Meyit ərazidən keçən sakinlər tərəfindən aşkarlanıb.
Araşdırma nəticəsində cəsədi tapılan şəxsin 44 yaşlı Teymur Məmmədov olduğu müəyyən olunub. Meyitdə çürümə prosesi başladığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.