Novxanıda dənizdə gənc oğlanın meyiti tapılıb. Sumqayıt24 bu haqda 1 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin "112" qaynar xəttinə xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı, nəzarətsiz ərazidə 25 yaşlı Ərkan Cəfərovun batması barədə məlumat daxil olub. Əraziyə cəlb olunan dalğıc-axtarış qrupu onun cansız bədənini aşkar edərək aidiyyəti üzrə təhvil verib.