Millət vəkili Müşfiq Məmmədli seçicilərlə görüşüb. Bu haqda 14 mart tarixində Sumqayıt24 xəbər verir.
Qəbul Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında keçirilib. Görüşə gələn vətəndaşlar məşğulluq, sağlamlıq, təhsil, kommunal məsələlərlə bağlı müraciətlər ediblər.
Bir neçə məsələ yerindəcə həllini tapıb. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və müvafiq addımların atılması üçün qeydiyyata alınıb.