Sumqayıtda millət vəkili Müşfiq Məmmədli görüş keçirib. Sumqayıt24 bu haqda 5 iyun tarixində xəbər verir.
Deputat YAP-nin binasında 44 saylı Sumqayıt–Xızı seçki dairəsinin seçicilərini qəbul edib. Vətəndaşlar müxtəlif mövzularda – məşğulluq, sağlamlıq, təhsil, kommunal məsələlərlə bağlı müraciətlər ediblər.
Bir neçə problem yerindəcə həllini tapıb. Deputatın səlahiyyətlərinə aid məsələlər nəzarətə götürülüb, həlli üçün qeydiyyata alınıb.