Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin sədri Saməddin Səmədzadənin məhkəmə işi Sumqayıtda keçiriləcək. Bu haqda 17 aprel tarixində Sumqayıt24 Pravda.az-a istinadən məlumat verir.
S.Səmədzadə ilə bağlı müraciəti Aqrar Kredit və İnkişaf Agentliyi edib. Mahiyyəti lizinq müqaviləsi üzrə mübahisələr olan işə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Almaz Süleymanovanın icraatında baxılacaq.