Sumqayıt Şəhər İcra Hakimiyyəti açıq tender elan edir. Bu haqda 27 mart tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Elanda “Sanitariya, gigiyena və digər xidmət haqqı xərci” maddəsi üzrə şəhərin parkları, küçə və prospektlərində dezinseksiya və dezinfeksiya işlərinin satın alınması nəzərdə tutulub. Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Sumqayıt Şəhər İcra Hakimiyyəti, baş məsləhətçi – Rəhimdil Əhmədov.
Email : [email protected].
Əlaqə telefonu: (018) 655 14 48.