top
Dünyanın 12 proktor həkimindən biri Sumqayıtda çalışacaq
15 aprel 2024, 03:41
- ↺ +

Dünyanın 12 proktor həkimindən biri Sumqayıtda çalışacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məşhur həkim Sumqayıtı seçib. Sumqayıt24 bu haqda 15 aprel tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.

İnvaziv uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Uşaq Xəstəxanasında fəaliyyətə başlayıb. O, dünyada proktor həkim statusunu qazanan 12 nəfərdən biridir.

E. İmanov 1974-cü ildə Bakı şəhərində anadan olub. 1992-2001-ci illərdə Türkiyənin İstanbul Universitetinin “Cerrahpaşa Tıp Fakültesin”də təhsil alıb.

2004-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında aspiranturaya qəbul olub, eyni zamanda həmin illərdə İstanbul Universitesi “Çapa Tıp Fakültesi”ndə Uşaq xəstəlikləri kafedrasında oxuyub.

2006-2009-cu illərdə İstanbul şəhərində “Dr. Siyami Ersek Kalp Damar Cerrahisi” xəstəxanasında uşaq kardioloqu təhsili alıb. İxtisaslaşmasını ABŞ-nin Çikaqo şəhərində yerləşən “Rush” universitetində davam etdirib.

2009-2011-ci illərdə Mərkəzi Klinikada uşaq kardioloqu işləyib. 2011-2019-cu illərdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində böyük elmi işçi kimi fəaliyyət göstərib.

2019-cu ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında II Uşaq xəstəlikləri kafedrasında həkim-uşaq kardioloqu, həmçinin müəllim vəzifəsində çalışır.

İmanov ABŞ-də fəaliyyət göstərən Pediatrik və Konjenital Kardiologiya Assosiasiyasının, Avropa Kardiologiya Cəmiyyətinin müəllim heyət üzvü, Türkiyə Pediatrik Kardiologiya Cəmiyyətinin və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür.

64 elmi işi xarici (Türkiyə, ABŞ) və ölkə mətbuatında çap olunub.

Çoxsaylı elmi konqreslərdə iştirak edib və müxtəlif sayda elmi məqalələrin müəllifidir.

O, proktor həkim statusunu dünya miqyaslı “ABBOT” təhsil şəbəkəsində qazanıb. Bu şəbəkənin sertifikatı azərbaycanlı həkimin bütün dünya üzrə təlimçi statusunu təsdiqləyir.

Elnur İmanov Asiya, Yaxın Şərq, Qafqaz və Şimali Afrika ölkələri üzrə təlimçidir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Bu gün, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Bu gün, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Bu gün, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Bu gün, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Bu gün, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Bu gün, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Bu gün, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Oxşar xəbərlər