Orta Şərq Texniki Universitetinin professorları şəhərimizə gəliblər. Sumqayıt24 bu haqda 27 aprel tarixində xəbər verir.
Təhsil ocağının Sənaye Dizaynı Departamentinin sədri prof. Gülay Həsdoğan və müavini prof. Bahar Şener-Pedgiley Sumqayıt Dövlət Universitetində (SDU) olublar. Onlar “Dizayna Giriş: İstifadəçi ssenariləri və istifadəçi interfeysinin əsasları” mövzusunda dərs keçiblər.