Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ehtiyaclı ailələrə ərzaq bağlamaları paylanılıb. Bu haqda 5 mart tarixində Sumqayıt24 xəbər verir.
Yardım aksiyası adının hallanmağını istəməyən xeyriyyəçi tərəfindən həyata keçirilib. Bölmə sədri Mətanət Məhərrəmova xeyriyyəçimizə öz adından və kollektiv adından minnətdarlığını bildirib. Sovqatlarla sevindirilən ailələr də onları diqqətdə saxlayan xeyriyyəçiyə öz xeyir-dualarını veriblər.