Sumqayıt şəhəri Ekoloji mərkəzi üçün yeni konsepsiya hazırlanır. Sumqayıt24 bu haqda 1 nömrəli Usaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) Facebook səhifəsinə istinadən xəbər verir.
Proses Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının şəhər Şəbəkəsi tədbirləri çərçivəsində aparılır. Bu məqsədlə, UGİM-in Ekoloji tərbiyə üzrə İşçi Qrupu və 4 saylı Regional Ekologiya Təbii Sərvətlər idarəsinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev mərkəzində görüş baş tutub.
Burada alman mütəxəssisi tərəfindən hazırlanmış Ekopark konsepsiyasının təqdimatı keçirilib. Sözügedən şəbəkənin tədbirləri üzrə konsultantı Şəfiqə Hacıəhmədova təqdimatı iştirakçıların nəzərinə çatdırıb.
Sonda iştirakçılar fikir mübadiləsi aparıb, maraqlı təkliflər ediblər. Konsepsiyanın hazırlanması üçün Azərbaycan və alman mütəxəssislərindən ibarət beynəlxalq işçi qrupu yaradılıb.