“Pioner” marketinin ətrafında təmizlik aparılıb. Sumqayıt24 bu haqda 31 may tarixində DünyaTV-yə istinadən xəbər verir.
Sakinlər bildirirlər ki, obyekt ətraf əraziləri qanunsuz zəbt edib və anbara çevirib. Anbarın bir metriliyində yerləşən binanın sakinləri bundan təngə gəliblər. Bundan əlavə, ətrafa kanalizasiya suları axıdılır. Piyada yolu zəncirlənib.
İcra Hakimiyyətinin əməkdaşları ərazidə təmizlik işləri aparıblar. Küçədə səliqə-sahman yaradılıb. Mağazanın sahibi ilə maarifləndirici söhbət aparılıb, belə hallara yol verməməyi tapşırılıb.