Sumqayıtda qanunsuzluğun qarşısı alınıb. Sumqayıt24 bu haqda 30 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 9-cu və 13-cü mikrorayonların kəsişməsindəki obyektin qarşısında qanunsuz hasarlama faktını aşkarlayıb.
Qurum tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə hasar sökülüb.