Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında köməksiz qalıb. Sumqayıt24 bu haqda 10 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə dünən axşam baş verib. Məlumatla əlaqədar əraziyə nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Nəzarətsiz qalmış uşağa köməklik göstərilib.