Sumqayıt Dövlət Universitetində (SDU) “Fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində” mövzusunda nəzəri-praktiki tədbir təşkil olunub. Bu haqda 6 aprel tarixində Sumqayıt24 xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən keçirilən təlimdə universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbir nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Əvvəlcə nəzəri hissə çərçivəsində fövqəladə halların təsnifatı və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.
Daha sonra universitetin həyətində keçirllən praktiki məşğələ zamanı xilasetmə vasitələri nümayiş olunub.