Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi təlim keçirib. Bu haqda 1 mart tarixində Sumqayıt24 FHN-ə istinadən xəbər verir.
Təlim “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusuna həsr edilib. Xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək onlara təxirəsalınmaz ilkin yardım göstərilib.
Sonda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.