Sumqayıtda “İdman həftəsi” çərçivəsində “Gənc iqlimçilər” adlı dəyirmi masa təşkil olunub. Bu haqda 2 mart tarixində Sumqayıt24 xəbər verir.
Layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, 1 və 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzlərinin birgə təşkilatçılığı ilə baş tutub. Burada 28 fevral - 5 mart "İdman həftəsi” çərçivəsində ölkəmizdə və şəhərdə həyata keçiriləcək tədbirlərdən danışılıb.
Gənclər Sumqayıt Olimpiya İdman Kompleksinin ərazisində iməcilik və ağacəkmə aksiyasında iştirak ediblər.