"Unikal Klinika" MMC cərimələnə bilər. Sumqayıt24 bu haqda 14 iyun tarixində xəbər verir.
Dövlət Gömrük Komitəsi (DGK) klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol yazıb. Sənəd baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Rövşən Xəlilovun sədrliyi ilə araşdırılacaq.