Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin aprel ayının pensiyaları gecikdirilir. Bu haqda 19 aprel tarixində Sumqayıt24 Publika.az-a istinadən xəbər verir.
Məsələ ilə bağlı açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib.
“Hazırda güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının ödənişi davam edir. Aprelin 19-da maliyyələşmənin tam başa çatdırılması nəzərdə tutulub. Bununla da aprel ayı başa çatmamış aprel ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq”, – deyə qurum rəsmisi əlavə edib.