Bakı–Quba yolunun H.Z. Tağıyev qəsəbəsindən keçən hissəsində təmir və abadlıq-quruculuq işləri həyata keçirilir. Bu haqda 5 aprel tarixində Sumqayıt24 xəbər verir.
Qəsəbədə keçirilən iməcilik aksiyası çərçivəsində ərazi məişət tullantılarından təmizlənir, eləcə də yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Həmçinin sakinlərin fərdi yaşayış evlərinin hasar və divar hissələri rənglənir.