Sumqayıt Tibb Mərkəzinin növbəti canlı yayımının qonağı məlum olub. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tibb Mərkəzinin Facebook səhifəsi üzərindən təşkil olunan efir bu gün saat 14:00-da keçiriləcək. Qonaq qismində 4 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin həkim-oftalmoloqu Aliyə İbrahimli çıxış edəcək. Həkim korluğa səbəb olan xəstəliklərdən danışacaq.
Mövzu ilə bağlı suallarınızı şərh bölməsində yazmaq mümkündür.