Sumqayıtda yaşayan həssas əhali qruplarından olan şəxslərə bayram sovqatı paylanılıb. Bu haqda 17 aprel tarixində Sumqayıt24 xəbər verir.
Ramazan bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Sosial Xidmətlər Agentliyində olub. Görüş ölkəmizə göndərilən bayram sovqatının (20 tonluq xurma payı) təhvil-təslimi məqsədi daşıyıb. Göndərilən sovqat həssas əhali qruplarından olan şəxslərə təqdim olunub.