Sabaha olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 10 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
11 iyun Sumqayıtda havanın dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yağış və şimşək ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.