Sabaha olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 31 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 1-də Sumqayıtda havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru qısamüddətli yağış yağa, şimşək çaxa bilər.
Xəbər verdiyimiz kimi, mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz isə 45-50% təşkil edəcək.