Sumqayıtda "Günümüzün aktual infeksion xəstəlikləri" mövzusunda konfrans keçirilib. Bu haqda 11 aprel tarixində Sumqayıt24 xəbər verir.
Heydər Əliyev mərkəzində təşkil olunan tədbirdə qızılcanın müalicə və diaqnostikasında xüsusi məqamlar, Hepatit A infeksiyasının müalicə və profilaktikası, göy öskürəyin aşkarlanması və idarə olunması mövzusunda çıxışlar edilib.
Sonda tədbirdə iştirak edən həkimlərin mövzu üzrə verdiyi suallar spikerlər tərəfindən cavablandırılıb.