Mərkəzi Qan Bankının Sumqayıt şəhər şöbəsində “Qan ver, həyat xilas et” şüarı altında qanvermə aksiyası keçirilib. Bu haqda 14 iyun tarixində Sumqayıt24 xəbər verir.
Ümumdünya Qan Donoru Günü münasibətilə təşkil olunan xeyriyyə aksiyasında Sumqayıt gəncləri və idman ictimaiyyəti nümayəndələri iştirak ediblər. Tədarük olunan qan və ondan hazırlanan komponentlərdən hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Layihə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.