Sumqayıtda ikimərtəbəli evdə baş vermiş yanğın nəticəsində 1 nəfər zəhərlənib. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Yanğın 300 kv.metrlik 11 otaqlı evin 2-ci mərtəbəsində baş verib. Bir otağın yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb. Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.