Sumqayıtda attraksionların böyük qisminin istismar müddəti bitib. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Əyləncə qurğuları Nəsimi adına mədəniyyət və istirahət parkında quraşdırılıb. Onlar həm uşaq, həm də böyüklərin istifadəsi üçün nəzərdə tutulub. İllərdir dəyişdirilməyən attraksionlar hələ də şəhər sakinlərinin istifadəsinə verilir.
"Təəssüf ki, bəzi attraksionlar illərdir dəyişdirilmir. Onların bu cür vəziyyətdə istifadəsi çox təhlükəlidir. Hər an faciə ilə nəticələnə bilər”, – deyə sakin bildirib.