Sumqayıtda “İnsan alveri ilə mübarizə” mövzusunda tədbir keçirilib. Sumqayıt24 bu haqda 20 aprel tarixində xəbər verir.
Maarifləndirici görüş Gənclər Evi və Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət Evi tərəfindən təşkil olunub. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Ruslan Mustafazadə və ekspert Günel Ələkbərova könüllülərə mövzu barədə danışıblar.