Sumqayıtda əmək yarmarkası təşkil olunacaq. Bu haqda 24 aprel tarixində Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
Yarmarkada 20 müəssisə tərəfindən 90-dan artıq vakansiyanın çıxarılması nəzərdə tutulub. Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat iştirakçılara təqdim olunacaq.
Ünvan: Heydər Əliyev Parkı, Poeziya Evi.
Tarix: 25 aprel, saat 11:00-13:00.