Sumqayıtda itkin düşən kişinin meyiti tapılıb. Bu haqda 6 mart tarixində Sumqayıt24 məlumat verir.
Xəbər verdiyimiz kimi, 56 yaşlı Akif Cəfərov martın 1-də Yaşıldərə massivində yoxa çıxıb. Onun meyiti yaxınlıqdakı su kanalından tapılıb.
Faktla bağlı araşdırma aparılır.