Polis itkin düşmüş qızı tapıb. Sumqayıt24 bu haqda 30 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları daxil olmuş müraciət əsasında axtarış tədbirləri həyata keçiriblər. Nəticədə mayın 27-dən Sumqayıt şəhəri ərazisində itkin sayılan 18 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil verilib.